banner
banner

Gündəm

Xəzərin adaları ilə bağlı maraqlı xəbər - 80 ildə İLK DƏFƏ

Xəzərin adaları ilə bağlı maraqlı xəbər

Azərbaycanın 80 illik elmi tədqiqat tarixində ilk dəfə olaraq, Xəzərin adalarında bioloji tədqiqatlar aparılacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

E.Yusifov bildirib ki, elmi tədqiqatlar AMEA-nın Zoologiya və Neft və Qaz İnstitutları tərəfindən aparılacaq. Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrəniləcək.

Neft və Qaz İnstitutu adalarda torpaq əmələ gəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. Tədqiqatların Çilov, Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adaları daxil olmaqla, ümumilikdə Xəzərdəki 9 adada aparılması nəzərdə tutulur.

Bu adaların 80 faizinin vulkan mənşəli olduğunu xatırladan E.Yusifov əlavə edib ki, tədqiqatlar AMEA-nın daxili imkanları hesabına maliyyələşdiriləcək: "Bu layihə həyata keçirilərkən ilk dəfə olaraq, dron aparatından istifadə ediləcək. Dron aparatı vasitəsilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. İndiyədək belə tədqiqat aparılmayıb. Bu ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyasi tarixində böyük və tarixi hadisədir. Adaların fauna və florası indiyədək demək olar ki, heç vaxt öyrənilməyib”.

E.Yusifov deyib ki, ekspedisiya 2 il müddətində aparılacaq. 12 nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər və s. daxildir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.