Məşhur şoumen Mehmet Ali Erbilin təxminən qızı yaşında olan bir xanımla otellərdən birindən çıxarkən görüntülənib. Cütlük avtomobilin gəlməsini gözləyərkən paparazzilərə tuş gəlib. Jurnalistləri görən Mehmetin kefi pozulub. O, avtomobil gəldikdə sürətlə ona oturub və heç bir suala cavab vermədən ərazidən uzaqlaşıb.
Xatırladaq ki, şoumenin adı bundan öncə də 25 yaşlı Hazal Mesudiyeli ilə hallanıb. Erbilin qızı yaşlı xanımlarla sevgili olması yaxşı qarşılanmayıb.
Qeyd edək ki, Hazal Mesudiyeli daha öncə də tanınmış iş adamı Ali Ağaoğlu ilə münasibətdə olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.