Baş rollarını Serenay Sarıkaya, Ozan Güven, Mehmet Günsür və Berrak Tüzüanataçın çəkildiyi "Fi" serialından yeni bir xəbər var. Bir neçə gün əvvəl sevişmə səhnələri ilə qalmaqal yaradan ekran işinin baş rolunu canlandıran Serenay Sarıkaya layihədən ayrılacağı bildirmişdi. İddia olunurdu ki, o, sentyabrda başlayacaq serialın sadəcə 4 seriyasında rol alacaq. Lakin serialı çəkən şirkət məlumatın düzgün olmadığını bildirib. Söylənilib ki, ekran işinin bütün bölümləri indidən müəyyən olunub və komandadan heç kim ayrılmayacaq
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.