SİA-nın məlumatına görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Şirvan Şəhər İcra Hakimiyyətinə və Gədəbəy Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Mingəçevir şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin, həmçinin dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” xərcləri bölməsi üzrə Naxçıvan MR Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair audit proqramları təsdiq edilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.