banner
banner

Sosİal

“Sovetski”dəki yeni yollarda 17 piyada keçidi salınıb

“Sovetski”dəki yeni yollarda 17 piyada keçidi salınıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın nəqliyyat sisteminin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 251 ədəd müxtəlif təyinatlı yol nişanı quraşdırılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi şəhərin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilib.

Yeni salınan yollarda hərəkət istiqamətlərini bildirən məlumat lövhələri qoyulub. Sözügedən ərazidə 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada svetoforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb.

Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Paytaxtımızda xarici turistlərin olduğunu nəzərə alaraq, bu məlumatlar ingilis dilində də qeyd edilib. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq, svetafor dirəklərində də 3 dildə (azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb.

Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə, 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq, məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan svetofor quraşdırılıb.

Ümumilikdə ərazidə 44 ədəd svetofor obyekti quraşdırılıb. Bu svetoforların 8-i xüsusi sensorla təchiz edilib. Belə svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub.

Piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə danacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.