banner
banner

Sosİal

Qəbirstanlıqlarla bağlı yeni sənəd

Qəbirstanlıqlarla bağlı yeni sənəd

Məzarlıqlar və məzar daşları ilə bağlı sənəd qüvvəyə minərsə, qəbirstanlıqda dəbdəbəli qəbirüstü abidələr olmaya bilər.

ANS TV-nin məlumatına görə, Azərbaycanda çoxdandır müzakirə mövzusu olan məzarlıqlar və məzar daşları ilə bağlı sənəd yaxın vaxtlarda qüvvəyə minə bilər. Bu haqda Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib.

Layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə tutulub. Sənəddə bildirilir ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olmalıdır. Məsələyə münasibət bildirən İlahiyyatçılar da, təklif olunan bu qanun layihəsini müsbət qarşılayır. Çünki islam dininə görə bütün insanlar Allah qarşısında eynidir.

İlahiyyatçı Hacı Fuad: "Dinimizə görə bir sinə daşı ilə də kifayətlənmək olar. Əsasən din orada yatan insanın mənəvi dəstək olan əməllərin tərəfindədir. Yəni bizim bir daşı yüksək, bahalı və böyük etməklə qəbirdə yatan insana heç bir mənəvi köməyimiz olmur. Qəbir daşlarının çox sadə olması tövsiyə edilir”.

Qanun layihəsinə görə dünyadan köçmüş yaxınlarının xatirəsini öz istədiyi ilə əbədiləşdirmək fikrində olanlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya biləcəklər. 

Musa Quliyevin sözlərinə görə, hazırda layihə Nazirlər Kabinetində baxılır. Əgər qanun layihəsi kimi qəbul olunması nəzərdə tutulsa, Milli Məclisə göndəriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.