banner
banner

Sosİal

Abituriyentlər DİM-dən cavab gözləyir

Abituriyentlər DİM-dən cavab gözləyir

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatıb.

İyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi dünən saat 23:59-da yekunlaşmalı olsa da bu gün səhər 09:30-a kimi uzadılıb.

Məlumata görə, I-V qruplar üzrə ümumilikdə 42800 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

I-IV qruplar üzrə 37469 nəfər Azərbaycan, 3807 nəfər isə Rus bölməsinin abituriyentləridir.

V qrup üzrə isə ümumilikdə 1524 elektron ərizəsini təsdiq edib. Onlardan 1308 nəfər Azərbaycan, 216 nəfər isə Rus bölməsinin abituriyentləridir.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 09:30-da başa çatıb və qeyd olunan müddət uzadılmayacaq.

Qeyd edək ki, öz ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlərin daxil olduqları fakültənin adının açıqlanacağı vaxt hələlik dəqiq məlum deyil. Ötən illərin təcrübəsinə görə, nəticələrin yaxın saatlarda açıqlanması istisna edilmir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.