"Merve ilə ayrılmaq qərarı aldıq" - Murad təsdiqlədi
Müğənni Murad Dalkılıç və aktrisa Merve Boluğurun boşanma xəbəri təsdiqlənib.
Murad Merve ilə yollarını ayırması haqda İnstaqram səhifəsində yazıb. O, hər kəsdən bu xəbərə hörmətlə yanaşmağı xahiş edib: “İllərdir böyük sevgi duyduğum həyat yoldaşım Merve Boluğurla uzun zamandır ki, xilas etməyə çalışdığımız evliliyimizi kədərlənərək bitirmək qərarını verdik. Sevgi və hörmət çərçivəsində aldığımız bu qərara görə yaşadığımız bu həssas müddətdə hər kəsin buna hörmət göstərməyini xahiş edirik. Ayrılmaq səbəbi kimi göstərilən neqativ dedi-qoduların bu hadisəylə heç bir əlaqəsi yoxdur. Ayrılıq qərarımız hər münasibətdə yaşanan problemlər ailəmizə zərər verməyə başladığına görə ortaya çıxıb. Mənə yaşatdığı yüzlərlə xoşbəxt gün üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Boluğurla Dalkılıç 2015-ci ilin avqustunda ailə qurub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.