banner
banner

Sosİal

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır

“Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri davam edir”

Bu barədə azvision.az-a Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev deyib.

 

O bildirib ki, hazırda iş davam etdirilir və yaxın zamanlarda yekunlaşacaq: “Həmin itlər ərazidən uzaqlaşdırılır. Dünən şəhərin bir çox sahələrində, xüsusilə 10-cu mikrorayon ərazisində bütün gecə iş aparılıb. 50-ə yaxın sahibsiz it ərazidən çıxarılıb, şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb.

 

Bunların içərəsində quduz itlər də var ki, onlar baytarlar tərəfindən nəzarətdə saxlanılır. Müəyyən müddət keçəndən sonra həmin itlər ya lazımi yerlərə köçürülür, ya da quduzluq əlaməti olursa, tamamilə zərərsizləşdirilir. Quduz it dişləməsi halları bundan əvvəl də olub, amma ölüm halı birinci dəfə idi ki, baş verirdi”. 

R.Zəfərquliyevın sözlərinə görə, bir çox hallarda müəyyən təşkilatlar onların işinə maneçilik törədirlər. “İtləri küçələrdən yığmağa qoymurlar. Amma mütəmadi olaraq bizim tərəfimizdən davam etdirilir və sığınacaqlara aparılır”. 

Qeyd edək ki, iyulun 31-də Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı uşaq dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.