Müğənni həyat yoldaşı Murad Dalkılıçdan ayrılan türkiyəli aktrisa Merve Boluğur ifaçının ona aldığı üzüyü geri qaytarmaq istəyib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 150 min türk lirəsi dəyərində olan təkqaş üzüyü geri götürməyən Murad Merveden onu xatirə kimi saxlamasını istəyib.
"Münasibətimizi davam etdirə bilməsək də, o bizim bərabərliyimizin ən önəmli xatirəsidir. Xahiş edirəm, sonsuza qədər o üzüyü saxla" deyərək aktyor üzüyü qəbul etməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.