banner
banner

Sosİal

Bu gün Günəş tam tutulacaq

Bu gün Günəş tam tutulacaq

Bu gün tam Günəş tutulması baş verəcək.

Trend-in məlumatına görə, ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə əsasən, avqustun 21-də tam Günəş tutulması baş verəcək.

Tədqiqatçılar Günəş tacının əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacağını bildirirlər.

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalniz ABŞ sakinləri müşahidə edə biləcəklər. İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına "Böyük Amerika tutulması" adı verilib.

Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.

Növbəti Günəş tutulmasının isə 2035-ci il sentyabrın 2-də baş verəcəyi gözlənilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.