İnternetdə məşhurlaşan neftçalalı çoban Türkiyə mediasında: “Alınmadı, yenə qoyunlarımın yanına qayıtdım...”
Türkiyə mediası mahnı söyləyərkən telefonla çəkdiyi görüntülərlə internetdə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovdan yazıb. Pərvin qoyun otararkən “Ağlaya-ağlaya” mahnısını oxuyub, video internetə yüklənəndən sonra 3 milyon baxış olub.
Türkiyə mediasına müsahibə verən Pərvin 3 milyon izləyicisi olsa da, məşhur olmağın qarın doyurmadığını deyib.
Pərvin Neftçalada yaşayır. Yayda çobanlıq edir, qışda isə tikintidə çalışır. “Musiqi alətlərində çala bilirəm, amma maddi imkansızlıqdan musiqi təhsili ala bilmədim. Türkiyədəki musiqi yarışmalarına da maddi imkansızlıqdan qatıla bilmirəm”, - Pərvin söyləyib.
Pərvin internetdə məşhurlaşmasına inanmadığını deyib: “Evə gələn kimi görüntüləri internetə yüklədim. Səhəri dostum zəng vurdu ki, məşhur olmusan, görüntüləri izləyənlərin sayına baxanda gözlərim yaşardı. Sonra müsahibələr verdim, məşhurlaşdım. Azərbaycan Milli Konservatoriyasından ödənişsiz təhsil təklifi aldım, amma yazılı imtahanlardan keçə bilmədim. Buna görə də, yenidən çobanlığa başladım, arzularım yarımçıq qaldı”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.