1 oktyabr tarixindən "Maşın" şounun 15-ci, yubiley buraxılışı yayıma çıxacaq.
Axşam.az xəbər verir ki, bu məlumatı BAKU.WS-ə "M Group Production”ın baş prodüser Toğrul Məmmədov təsdiqləyib:
"Bu realiti şou Azərbaycan teleməkanında nəinki ən uzunömürlü, həm də ən reytinqli yarışmadır. Azərbaycan tamaşaçısı yerli kanallarımıza baxmır. "Maşın şou" isə Azərbaycan tamaşaçısını Türkiyə və Rusiya kanallarından ayırıb, yerli kanallara baxmağa cəlb edir. "Maşın" şou yeganə milli layihədir ki, yaxın vaxtlarda digər ölkələrin telekanallarında da yayımlanacaq".
Layihənin təşkilatçıları əmin edib ki, "Maşın şou"nun məzmunu həmişə olduğu kimi əvvəlkilərdən fərqli olacaq:
"Artıq çəkiliş meydançasında möhtəşəm işlərə start verilib. Bu dəfəki layihədə 18 yerli ən məşhur şou-biznes nümayəndələri, idmançılar, aktyorlar və tele-aparıcılar maşın uğrunda mübarizə aparacaq".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.