banner
banner

Gündəm

Vaqif Mustafayev Qızıl Ordenlə təltif edildi

Vaqif Mustafayev Qızıl Ordenlə təltif edildi

Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərə görə “Согласия” Qızıl Ordeni ilə təltif olunması haqqında qərar qəbul edib.

Sentyabr ayının sonlarında Bakıda Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Согласия” Qızıl Ordeni görkəmli kinorejissor, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Space” MTRŞ-nin prezidenti Vaqif Mustafayevə təqdim olunacaq.

 

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.