banner
banner

Gündəm

Məktəb bufetləri şagirdləri təhlükəyə atır - Yoxlamalar bərpa olunacaq?

Məktəb bufetləri şagirdləri təhlükəyə atır

Yeni dərs ilinin başlamasına az müddət qalıb. Həmişə olduğu kimi, yenə də məktəb bufetlərinin vəziyyəti aktuallığını saxlayır. Ötən dərs ilindəki müşahidələr göstərdi ki. bəzi məktəb bufetlərində saqqızdan tutmuş müxtəlif qazlı içkilərə qədər hər şeyə rast gəlmək mümkündür. 
Yeri gəlmişkən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldığından, bufetlərin də “əl-qolu açılıb”.

Maraqlıdır, yeni tədris ilində bufetlərin monitorinqi mümkün olacaqmı? 


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az-a bildirib ki, bufetlərin yoxlanması ilə bağlı hələ ki nəsə demək mümkün deyil:

“Yoxlamaların nə zaman başlayacağı məlum deyil. Çünki prezidentin fərmanına əsasən,  sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb. Bununla əlaqədar heç nə deyə bilmərik. Oktyabrda fərmanın müddəti bitəcək. Bundan sonra hansı göstəriş olacaqsa, ona uyğun fəaliyyət göstərəcəyik”.

Yağda qızardılmış, iy verən, tez xarab olan  məhsullar...

Təhsil eksperti Kamran Əsədov düşünür ki, bufetlərdə vəziyyət qənaətbəxş deyil. Bu səbəbdən yoxlamaları dayandırmaq yox, əksinə  ciddi şəkildə həyata keçirmək lazımdır:

“Bildiyiniz kimi 2011-ci ildə Nazirlər Kabinetinin təhsil müəssələrində gigiyenik qaydalarla bağlı  imzaladığı və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təhsil müəssisələrində satışa icazə verilən qidalarla bağlı xüsusi göstərişləri var. Əlbəttə ki, bunlar ilk növbədə məktəbdə təhsil alan şagirdlərin sağlamlığının qorunmasına yönləndirilib. Təəssüf ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bu normalar gözlənilmir. Yağda qızardılmış, iy verən, hətta tez xarab olan məhsullardan istifadə olunur. Hesab edirəm ki, bu sahədə yoxlamaları dayandırmaq yox, əksinə, ciddi şəkildə həyata keçirmək lazımdır. Çünki qidalanma birbaşa təhsilə təsir göstərən amillərdən biridir.

Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində  şagirdlərə bu xidməti göstərən bufetlərdə demək olar ki,  sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumları tərəfindən yoxlanılmır. Bu məsələ xüsusilə diqqətdə saxlanmalı və qadağan olunmuş qidaların, içkilərin bufetlərdə satılmasına  icazə verilməməlidir. Geridə qoyduğumuz 2016-2017 tədris ilinin təcrübəsi göstərir ki, bir neçə məktəbdə zəhərlənmə hadisəsi baş verdi. Bu hadisələrin təkrarlanmaması üçün orada satılan məhsullar mütləq şəkildə yoxlamalardan keçməlidir”.

“Bufetlər məktəb direktoruna müəyyən məbləğ ödəyir”

Ekspertin sözlərinə görə, bu məsələdə valideyn və müəllim assosiasiyaları xüsusi məsuliyyət daşıyır:

“Hazırda özəl şirkətlər məktəb bufetlərini qidalarla təmin edir. Həmin şirkətlərin fəaliyyətinin nə dərəcədə leqal və peşəkar olması təbii ki, şübhə altındadır. Burada  ən ciddi yük və məsuliyyət məktəblərdə fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının üzərinə düşür. Çünki onlar birbaşa olaraq qanunvericilik çərçivəsində məktəb bufetlərində satılan  məhsulların sertifikatına, kefiyyətinə, son istifadə tarixinə nəzarət etməlidir.  
Təəssüflər olsun ki, bu qurumların fəaliyyəti yalnız kağız üzərindədir. İndiyə kimi həmin assosiasiyaların məktəb bufetlərinə satılan hansısa zərərli qidanın satışına qadağa qoyduğunu müşahidə etməmişik. Açığı, bufetlər məktəb direktoruna və aidiyyatı qurumlara müəyyən məbləğ ödədiyi üçün  onların dırnaqarası fəaliyyətinə göz yumulur. Bu məsələ xüsusilə  gündəmdə saxlanılmalı və bufetlər nəzarətə götürülməlidir. Fəaliyyəti qənaətbəxş olmayan müəllim-valideyn assosiasiyaları buraxılmalı və  həqiqətən də vətənini sevən, şagirdin, təhsilin gələcəyini düşünən  şəxslər rəhbərliyə cəlb edilməlidir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.