Vergilər Nazirliyinin Aparatında çalışan yüksək vəzifəli məmurlar sırasında qardaşlar da var. Vergilər Nazirliyinin Aparatının rəhbəri Ağasəməd Əfəndiyev və vergilər nazirinin müşaviri Rahim Əfəndiyev bu qurumda yüksək post tutan qardaşlardır. Əslən Şamaxı rayonundan olan Əfəndiyevlər uzun müddətdir Vergilər Nazirliyinin Aparatında çalışırlar. Vergi xidməti müşaviri Ağasəməd Veyis oğlu Əfəndiyev 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini, 1995-ci ildə isə Qərb Universitetinin inzibati işgüzarlıq fakültəsini bitirib. 2015-2016-cı illərdə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin və İnsan resursları idarəsinin rəisinin 1-ci müavini vəzifələrində çalışıb. 2016-cı ilin may ayından Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Baş vergi xidməti müşaviri Rahim Veyis oğlu Əfəndiyev 1981-ci ildə Bakı Dövlət Universitetini, 2002-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
2002–2003-cü illərdə Bakı şəhər Baş Vergilər İdarəsinin Audit idarəsinin Fiziki şəxslərin auditi şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışıb.
2003-2004-cü 4 saylı Ərazi Vergilər İdarəsinin, 2004-2008-ci illərdə 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyib.
2008-2011-ci illərdə Bakı şəhər Vergilər Departamentində müxtəlif vəzifələr tutub. 2012-ci ildən vergilər nazirinin müşaviri vəzifəsində çalışır.(modern)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.