banner
banner

Sosİal

Azərbaycanda yuvenal ədliyyə gündəmdə - Uşaqlarla bağlı yeni qanun gözlənilir

Azərbaycanda yuvenal ədliyyə gündəmdə -

Milli Məclisin payız sessiyasında "Yuvenal ədliyyə haqqında" qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzrə işlər davam etdirilir: "Sənəd hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Həmin qurumlar təkliflərini verdikdən və işlər tam yekunlaşdıqdan sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunacaq".

R.Rzayev bildirib ki, sənəd hazırlanarkən beynəlxalq təcrübə öyrənilib.

Qeyd edək ki, qanun lahiyəsinin hazırlanmasına bir neçə il əvvəl start verilib. Yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını nəzərdə tutur

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.