Akif Əli Lütfi Zadəyə görə xalqdan üzr istədi: "Yerinə düşməyən ifadələr olubsa üzr istəyirəm”
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyasını dəyişmş azərbaycanlı dünya şöhrətli alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi çox sərt etirazlar doğurub. Üstəlik, ardınca onun ardınca özünə bəraət qazandıraraq “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş?” söyləməsi social şəbəkələrdə hiddətlə qarşılanıb və A.Əlinin ünvanına sərt təpkilər gəlib. Xüsusilə də dövlət başçısının Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladığı, vəsiyyətinə uyğun olaraq onun Azərbaycanda dəfn olunmasına hazırlıq görüldüyü bir vaxtda hökumət sözçüsünün bu cür davranış sərgiləməsi heyrətamiz olay kimi qarşılanıb. Hətta A.Əlinin vəzifədən çıxarıla biləcəyi ehtimalları səslənir.
Bütün bunlardan sonra Akif Əli sosial şəbəkə vasitəsilə səhvini etiraf edib və üzrxahlığını bildirib. Xidmət rəhbəri yazıb: “Hörmətli FB istifadəçiləri! ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.