"Vatanın ölümünü nə tez unutdun?" - Pınar tənqid olundu
Aktrisa Pınar Altuğ Bodrum tətili zamanı iti ilə çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşıb. İzləyiciləri aktrisanın bu şəklini tənqid ediblər. Bir izləyicisi ona "Vatanın ölümünü nə tez unutdun" şərhini yazıb. Pınar izləyiciyə "Kədər və yas göstəriş üçün deyil" sözləri ilə cavab verib. Digər sevəni isə Altuğa "Dırnaqları boyalı, saçları açıq Vatan Şaşmazın dəfn mərasiminə gəldi. Foto yayımlasa nə olacaq ki" sözlərini qeyd edib. Bu sözlər aktrisanı özündən çıxarıb. Pınar izləyicisinə sərt cavab verib:
"Dəfn mərasiminə namaz qılmağa yox, dostumla vidalaşmağa gəldim. Nə geyindiyim, nə etdiyim üçün heç kimə cavab verməyəcəm. Siz kimsiniz bu şərhi yazırsınız? Məni sevməyə, bəyənməyə bilərsiniz. Buna hörmətlə yanaşıram, amma səhifəmdə nə işiniz var? Kədər - nümayiş etdirmək üçün deyil, ürəkdə yaşanır".
Qeyd edək ki, aparıcı Vatan Şaşmaz model sevgilisi tərəfindən oteldə güllələnərək öldürülmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.