İbrahim Tatlıses paylaşdığı videoya görə üzr istədi
Müğənni İbrahim Tatlıses İnstaqram hesabında maraqlı video paylaşıb. İfaçı bir vaxtlar aparıcısı olduğu “İbo show” adlı proqramdan bir hissəni izləyicilərinin ixtiyarına buraxıb. Videoda İbrahimin mahnı oxuması və musiqinin sədaları altında bir qadının rəqs etməsi görünür. Sənətçi görüntüləri şəxsi səhifəsində həmin rəqs edən qadından üzr istəyərək yerləşdirib: “Bu xanımdan üzr istəyirəm. İndi, bəlkə də, evlidir, uşaqları var. Sadəcə görüntü o qədər xoşuma gəldi ki...Çox saf və təbiidir. Ona görə dözə bilmədim, paylaşdım. Ümid edirəm yanlış bir şey eləməmişəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.