Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən Biləcəri, Lökbatan, Baş Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb.
Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib.
Q.Nəzirov, həmçinin qeyd edib ki, Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri də görülüb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.