banner
banner

Gündəm

Lapşin İlham Əliyevə təşəkkür etdi

Lapşin İlham Əliyevə təşəkkür etdi

Sentyabrın 11-i Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunan Aleksandr Lapşin təşəkkür məktubu yazıb.

Cia.az-ın məlumatına görə, Lapşinin təşəkkür məktubunda deyilir:

Mən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20/07/2017 tarixli hökmü ilə AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci maddə üzrə ittihama xitam verilmişdir. 

Bu gün əfv edilməyim ilə bağlı Sərəncam imzaladığınızı öyrəndim. Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək həyatımda heç bir hadisəni bu cür səbirsizliklə gözləməmişdim! 


Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi. 

İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. 

Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm. 

Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.