Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram"
1964-cü ildə musiqiçi Atilla Alpsakarya ilə ailə quran müğənni Neşe Karaböcek illər sonra bacısı ilə bağlı etiraflar edib. 1974-cü ildə ərindən boşandıqdan sonra bacısı Gülden Karaböceyin Atilla ilə evlənməsi sənətçinin bacısı ilə düşmənçiliyinin əsasını qoyub. Neşe Güldenlə 44 ildir danışmadığını deyib:
“Özümün etdiyim hər hansı hərəkətimə görə peşmançılığım yoxdur, amma mənə edilənləri unutmaram. Güldenlə 44 ildir küsülüyük. Məndən heç vaxt üzr istəmədi. Anamın dəfnində qarşılaşdıq. Heç nə olmamış kimi bir-iki şey haqda danışdıq. Sonra ayrıldıq. Bağışlamaq Allaha məxsusdur, amma qürurum onu bağışlamağa əl vermir. Üzünə belə baxa bilmirəm. Baxmaram da…”.
Xatırladaq ki, Neşe ilə Atillanın bir oğlu var. Gülden bacısının Atilla ilə boşanmasından sonra ona ərə gedib. Lakin cütlüyün nikahı 9 il çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.