Milli Məclisin deputatı Qənirə Paşayeva dünən Gəncədə keçirilən "Gəncə Marafonu"na dair təəssüratlarını sosial şəbəkədə yazıb. Xanım deputatın qeydlərini təqdim edirik:
"Çox gözəl bir gün yaşadıq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu" möhtəşəm keçdi. Azərbaycanın qədim tarixə sahib Gəncə şəhəri “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edən ilk şəhər oldu və möhtəşəm ev sahibliyi etdi.Qədim və sevimli Gəncəmiz adına çox sevindim. “Gəncə Marafonu–2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Hər 3 təşkilata böyük təşəkkürümü bildirirəm. Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edən marafonda 10 mindən çox insan iştirak etdi. Gənclər arasında gözəl abu-hava görməyə dəyərdi. Sadəcə Gəncə üçün deyil,ətraf bölgələr və bütün ölkəmiz üçün əhəmiyyətli tədbir oldu. Sağlam həyata insanları təşviq edir eyni zamanda. Gücümüzün çatdığı qədər gənclərlə bərabər qaçmağa çalışdıq, gözəl söhbətlər etdik,onlardan gözəl enerju aldıq. Əziz Mehriban xanıma, dəyərli Anar müəllimə, RİİB-nin bütün əməkdaşlarına, Elmar müəllim başda olmaqla Gəncə şəhər icra hakimiyyətinin bütün kollektivinə, gözəl çalışan könüllülərə və sevgi dolu əziz Gəncəlilərə çox təşəkkürlər. İnanırıq ki digər bölgələrimizdə də bu cür marafonlar olacaq".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.