Yanvarda uşaqlara ən çox bu adlar qoyuldu - SİYAHI
2015-ci ilin yanvar ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük yenə də Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsusdur.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, ötən ay daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə Əli, Hüseyn, Məhəmməd və Murad gəlir.
Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Aylin, Ayan, Zeynəb gəlir. Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.
Yusif 128 Zəhra 117 Əli 107 Fatimə 80 Hüseyn 78 Nuray 77 Aylin 76 Zeynəb 63 Ayan 59 Murad 59 Məhəmməd 58
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.