Azərbaycanda şok hadisə - baytar məktəb direktoru oldu
İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilib.
Cia.az xəbər verir ki, bu barədə AzNews.az-a sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib. Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır:
“O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim qoyub. Bundan başqa o, həm də dil-ədəbiyyat müəllimi işləyir. Bu ixtisasla bağlı isə onun qanuni diplomu yoxdur. Saxta diplomla işləyir. Onun bu diplomu Təhsil Nazirliyi tərəfindən tanınmır”.
Zaur Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib: “Məktəbdə özbaşınalıqdır, kimin gəldi adını yazıb ştat doldurub. Mənim övladlarım orada oxuyur və bizi narahat edir. Mala-qoyuna iynə vuran adam necə dərs keçə bilər? Belə təhsil olar? Narazılıq edəndə də bildirir ki, pulumu verib direkor olmuşam. Heç kəs məni işdən çıxara bilməz”.
Məsələ ilə bağlı İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov isə Sarıxanlı kənd 1 nömrəli orta məktəbin direktoru Sahil Vəliyev barəsində dediyi bütün iddialarə əsassız hesab edir:
“Sahil Vəliyev həmin məktəbdə direktor müavini işləyirdi. Qanuna əsasən direktor işdən çıxanda müavin direktor əvəzi təyin edilir. Sahil Vəliyev baytar deyil".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.