banner
banner

Sosİal

Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI

Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI

“Bakı Metropoliteni” QSC ən çox və ən az sərnişinin daxil olduğu stansiyaların adlarını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, gün ərzində metroda 700 mindən çox sərnişin daşınır:

“Sentyabrın 25-də aparılmış müşahidələrə əsasən məlum olub ki, ən az sərnişinin gediş haqqı ödəyərək daxil olduğu stansiya "Bakmil" olub:

“Həmin gün stansiyaya 948 nəfər daxil olub. Ən ən çox sərnişin isə "28 May"stansiyasında müşahidə olunub. Stansiyaya bir gün ərzində 77 292 nəfər daxil olub”.

O qeyd edib ki, ən az sərnişinin daxil olduğu stansiyalardan biri də “Ulduz”dur:

“Gün ərzində stansiyadan 7555 sərnişin istifadə edib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.