banner
banner

Gündəm

Lütfi Zadənin qəbirüstü abidəsi necə olacaq? - AÇIQLAMA

Lütfi Zadənin qəbirüstü abidəsi necə olacaq? - AÇIQLAMA

Dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 29-da Bakıdakı I Fəxri xiyabanda torpağa tapşırıldı.

Görkəmli alimin qəbirüstü abidəsi nə vaxt hazır olacaq?

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Modern.az-abildirib ki, hazırda qəbirüstü abidə ilə bağlı işlər gedir:

“Ümumi işlər başlansa da, bu istiqamətdə nələr edəcəyimiz hələ dəqiqləşməyib. Qəbirüstü abidənin hazırlanması hansı memara tapşırılacaq və ya bu abidə necə olacaq məlum deyil. Lütfi Zadə hələ bir neçə gündür ki,  dəfn edilib. Bu səbəbdən hələ ki hər hansı layihə hazırlanmayıb.  Lakin bu istiqamətdə müzakirələr gedir”.

Qeyd edək ki, alim sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Mərhumun nəşi vəsiyətinə uyğun olaraq Bakıya gətirilib və Vətənində dəfn edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.