Müğənni Günay İbrahimli 24 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarının birində baş tutan mərasimə sənət aləminin tanınmış simaları qatılıb.
Gecənin aparıcılığını bəstəkar-müğənni Murad Arif edib. İndiyədək ad gününü keçirmədiyini deyən sənətçi təəssüratlarını bölüşüb:
“Bu, ilk dəfədir baş verir. Heç indi də qeyd etmək fikrində deyildim. Tomanın (prodüseri Toma Hüseynəliyeva – red.) təkidi ilə bu qərara gəldim. İlk hədiyyəmi də o verdi. Mənə qızıl üzük alıb. Yaşımı söyləməyə utanmıram. Başqaları kimi bunu gizlətməyi düşünmürəm”.
Məclisdə Günaya sürpriz də edilib. Belə ki, pərəstişkarlarından biri ona “Gün və Ay” formasında çiçək göndərib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.