banner
banner

Gündəm

Azərbaycandakı ömürlük məhkumlar neçə nəfərdir...

Azərbaycandakı ömürlük məhkumlar neçə nəfərdir...

Azərbaycandakı məhkumların sayı açıqlanıb.

Cia.az rəsmi statistik göstəricilərə əsasən xəbər verir ki, hazırda Azərbaycanda 13758 nəfər şəxs məhkumluq həyatı sürür.

Ümumilikdə 7918 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. Onlardan 3463 nəfəri 2 ilə qədər, 2 517 nəfəri 2 ildən 5 ilə qədər, 1 474 nəfəri 5 ildən 10 ilə qədər, 454 nəfəri 10 ildən 20 ilə qədər, 10 nəfəri ömürlük azadlıqdan məhrum edilib.

 

Rəsmi məlumata görə, islah işlərinə cəlb edilənlərin sayı 1836 nəfər, şərti məhkum olunanlar 1141 nəfər, cərimələnənlər 2606 nəfərdir.  267 nəfər isə digər cəza növlərilə cəzalandırılıb.


Qeyd edək ki, məhkumlardan 1,9 faizi 14-17 yaşlılar, 98,1 faizi 18 yaş və yuxarı olanalardır. Məhkum olunanların ümumi sayından 5,1 faizi qadınlardır, 16 faizi əvvəllər məhkum olunanlar, 61 faizi işləməyən və heç yerdə oxumayan əmək qabiliyyətli şəxslərdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.