banner
banner

Gündəm

Gömrük Komitəsinin sədr müavini: “...Konkret ölkə adı çəkmək olmaz”

Gömrük Komitəsinin sədr müavini:

Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib.

 

O qeyd edib ki, Azərbaycan bu sahədə müstəqillik illərində təcrübə toplayıb: "Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni daşınmasına qarşı davamlı olaraq ciddi mübarizə aparır. Bu sahədə bir sıra nailiyyətlərimiz var. Həm gömrük orqanları, həm Dövlət Sərhəd Xidməti, həm də prokurorluq və məhkəmə orqanları bu sahədə birgə fəaliyyət göstərir".

 

Ş.Bağırov bildirib ki, bütün dünyada bu cür silahların və bu silahların hazırlanması üçün komponentlərin qanunsuz yolla daşınması halları var:

 

"Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Ölkəmizin sərhədlərində kifayət qədər səmərəli tədbirlər görülür ki, bunun qarşısı alınsın. Xəzər dənizinin Azərbaycana aid hissəsində də bu məsələ ilə bağlı tədbirlər görülür.

 

Müvafiq qurumlar, o cümlədən gömrük orqanları da bu tədbirləri həyata keçirir. Kütləvi qırğın silahları və onların komponentləri müxtəlif ölkələrdən gətirilə bilər. Bununla bağlı konkret ölkə adı çəkmək olmaz. Hazırda araşdırmalar davam edir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.