Mustafa xanımının hamiləliyindən danışdı - ilk dəfə
Müğənni Mustafa Ceceli həyat yoldaşı Selin İmerin hamilə olması xəbərinə aydınlıq gətirib. Bu barədə ifaçı İnstaqram hesabında status yerləşdirib: “Dəyərli, dostlar. Xanımım və mən hələ ki, uşaq haqda düşünmürük. Mediada çıxan bu və buna bənzər xəbərlərin hamısı əsassızdır”. Qeyd edək ki, son zamanlar Selinin kökəlməsi və Mustafanın 5 min lirəyə filippinli dayə tutması İmerin hamilə olması dedi-qodularına gətirib çıxarıb. Bəzi mənbələr, hətta, onun 4-5 həftəlik hamilə olmasını qeyd edib. Xatırladaq ki, mayda 9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan Cecelinin bir oğlu var
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.