“Taxt oyunları”nın aktrisası ərə gedir - - fotolar
İzlənilmə rekordları qıran “Taxt oyunları” (“Game of Thrones”) serialında oynayan aktrisa Sofi Törner müğənni sevgilisi Co Conasla ailə qurmağa hazırlaşır. 21 yaşlı aktrisa 1 ildir birlikdə olduğu ifaçı ilə evliliyi hadqa sosial mediada məlumat verib. O, barmağında üzük olan şəklini İnstaqram səhifəsində yerləşdirərək “Mən ona “hə” dedim. O, mənə “hə” dedi” qeydini yazıb.
Qeyd edək ki, Sofi “Taxt oyunları”nda “Sansa Stark” obrazını canlandırıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.