banner
banner

Gündəm

Azərbaycanda liberal hava nəqliyyatı yaradılır

Azərbaycanda liberal hava nəqliyyatı yaradılır

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Turizm Şurası nəzmində Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, işçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və gözləntilərinin daha yaxşı qarşılanması üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həllidir.

Bununla əlaqədar olaraq, bu gün İşçi Qrupunun növbəti toplantısı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun İşçi Qrupa üzv nümayəndələri iştirak etmişlər.

Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviaşirkətlər tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.