banner
banner

Sosİal

Bakıdakı polislər bağbanı döyüblər? - İddia

Bakıdakı polislər bağbanı döyüblər?

Xəstaxanada işləyən bağban polislər tərəfindən döyüldüyünü iddia edir. 

 

CİA.Az ans-ə istinadən xəbər verir ki, Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserində bağban çalışan Bahadur Nurməmməd oğlu deyir ki, özlərini təqdim etməyən polis əməkdaşları iş yoldaşları arasında səbəbsiz yerə onun şərəf və ləyaqətini alçaldıblar. Bu azmış kimi döyərək onu polis bölməsinə də aparıblar. Soruşandakı buna səbəb nə olub? Müsahibim deyir ki, onun iş yoldaşı, yəni xəstəxanda katibə kimi çalışan İndira Yahyayeva polisə şikayət edib. 

Xanım şikayətində bildirib ki, Bahadur kişi bağda işlədiyi vaxt ona məxsus “Niva” markalı avtomobilini qəsdən mismarla cızıb. Bu əsassız şikayətdən sonra Bahadur Nurməmməd oğlu polis bölməsinə aparılıb. Sonradan İndira xanım müsahibimi məhkəməyə də verib. Məhkəmə isə xanımın şikayətini tam əsassız sayıb. İndi də Bahadur Nurməmmədoğlu polis əməkdaşlarından onun şərəf və ləyaqətini alçatdıqları üçün üzr istəmələrini tələb edir. Üstəlik müsahibim deyir ki, hüquq-mühafizə orqanı əməkdaşlarının onu döyməsinə dair ekspertiza rəyi də var.

Müsahibimi dinləyib onunla bərabər üz tutduq Maştağa qəsəbəsində yerləşən müalicə ocağına. Sağlamlıq mərkəzindən bizə şifahi olaraq bildirdilər ki, İndira Yahyayeva artıq şikayətini geri götürüb. Yəni necə deyərlər o, bağbandan narazı deyil. Bundan sonra yolumuzu saldıq Sabunçu Rayon Polis Idarəsinin 14-cü polis bölməsindən.

Qurumdan verilən məlumata görə, hadisə avqust ayında baş verib. Və buna görə də iş başında yol verdiyi nöqsanlara görə təhqiqatçı Rauf Əfəndiyev Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq əmrilə intizam məsuliyyətinə cəlb edilib. Bahadur bəyi narazı salan məqamlara gəlincə o, bu qərardan narazıdırsa, məhkəməyə müraciət edə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.