banner
banner

Sosİal

Seysmoloji Xidmət Mərkəzinin direktoru: Yaxın günlərdə güclü təkan gözlənilmir

Seysmoloji Xidmət Mərkəzinin direktoru:

Bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycanda seysmoloji durum fon səviyyəsində olub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu, baş verən təkanların hamısının zəif hiss olunması deməkdir:

“Yəni 3 bal, 3 baldan bir az artıq hiss edilən təkanlar olub ki, biz də onları fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələ gözlənilsin. İndiyədək aparılan tədqiqatlar da bunu göstərir. Əminliklə deyə bilərəm ki, yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın".

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.