Model Çağla Şikel Bebek istiqamətində iti ilə gəzərkən görüntülənib. Iurnalistlərin suallarını cavablandıran Çağla keçmiş əri, müğənni Emre Altuğla münasibətlərindən danışıb. O, “Emre ilə yenidən barışa bilərsinizmi” sualına belə cavab verib:
“Biz onunla dostcasına ayrılmışıq. Hazırda da yaxşı münasibətdəyik. Əgər evlilik baxımından soruşursunuzsa, sabah nə olacaq bilmirəm. Böyük danışmağı sevmirəm...”.
Xatırladaq ki, bu yaxınlarda Şikel Altuğun konsertində onunla birlikdə səhnədə olub. Emre mahnılarını səsləndirərkən Şikel rəqsləri ilə şou göstərib.
Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, 2015-ci ildə boşanıb. Onların Kuzey və Uzay adlı iki oğulları var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.