banner
banner

Gündəm

Sükan arxasında telefon tutan sürücülər - Yol polisi 9 ayda 21462 nəfəri cərimələyib

Sükan arxasında telefon tutan sürücülər -

“2017-ci ilin 9 ayı ərzində əldə telefon tutmaqla avtomobil idarə edən 21462 sürücü inzibati məsuliyyətə cəlb edilib”.

Bu barədə məlumatı DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib. O bildirib ki, sükan arxasında telefondan istifadə qəzaların baş verməsinə səbəb olur.

“Sürücülər sükan arxasında telefondan istifadə etməklə həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar. Telefondan istifadə sürücülərin fikrinin yayınmasına səbəb olur”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.