banner
banner

Sosİal

Sakit okeanda itmiş qadınlar 5 aydan sonra tapıldı

Sakit okeanda itmiş qadınlar 5 aydan sonra tapıldı

Amerikalı hərbçilər quru ilə heç bir əlaqə olmadan Sakit okeanda beş ay qalan iki qadını xilas ediblər. Onların səyahət yaxtası təxminən yarım il neytral sularda idarə olunmaz vəziyyətdə qalıb.

 

“Euronews” telekanalı xəbər verir ki, macəra axtaran qadınlar özləri ilə iki it götürərək may ayında Qonolulu limanından kiçik gəmidə səyahətə çıxıblar. Onlar təkbaşına Taitiyə üzmək istəyiblər. Bütün səyahət bir neçə həftə davam etməli idi. Lakin yaxta qasırğaya düşərək zədələnib və mühərriki sıradan çıxıb.

 

Güclü külək yaxtanı açıq dənizə aparıb. Qadınlar xilas olmaq üçün siqnal göndəriblər, lakin onlar qurudan çox uzaqda idilər və yaxınlıqdan heç bir gəmi keçmirdi. Səyahətçilərin yaxtası Taitidən 8 min kilometr aralanıb və demək olar ki, Yaponiyaya yaxınlaşıb.

 

Bu müddət ərzində qadınlar və onların itləri dəniz suyunu təmizləmə qurğusu, həmçinin yulaf yarması, makaron və düyü kimi qida ehtiyatları sayəsində sağ qala biliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.