banner
banner

Gündəm

Əflatun Amaşov tələbələrin qarşısına çıxdı - Fotolar

Əflatun Amaşov tələbələrin qarşısına çıxdı

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib. Dekan-dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra Mətbuat Şurasının sədri tələbələrə “Beynəlxalq jurnalist təşkilatları” mövzusunda mühazirə oxuyub. O, informasiya vasitələrinin bugünkü durumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib. Mühazirədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Görüşdə Jurnalistika fakültəsinin professorları – Cahangir Məmmədli və Akif Rüstəmov iştirak edib.

 

 

  

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.