banner
banner

Sosİal

Noyabrın HAVA PROQNOZU açıqlandı

Noyabrın HAVA PROQNOZU açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin cia.az-a verdiyi məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun  iqlim normasına yaxın olacağı gözlənilir.


Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
 

Bakıda və Abşeron yarımadasında


Orta aylıq temperaturun 10-12 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 28-38 mm) olacağı gözlənilir.
 

Naxçıvan Muxtar Respublikasında


Orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı gözlənilir. 


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında


Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 2-7 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir. 


Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında


Orta aylıq temperaturun 8-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 1-3, gündüzlər 13-18,  bəzi günlərdə 6-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 15-24 mm) olacağı gözlənilir. 


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında


Orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 5-10 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 mm) olacağı gözlənilir. 

 

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 6-11, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-45 mm) olacağı gözlənilir. 


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında


Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 9 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına  yaxındır.


Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 55-170 mm) olacağı gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.