banner
banner

Sosİal

Gəncədə 1000 yük maşını yığılacaq - Memorandum

Gəncədə 1000 yük maşını yığılacaq

Gəncə Avtomobil Zavodu ildə minədək yük avtomobili yığmaq iqtidarındadır.

AzərTAc Minsk Avtomobil Zavodunun (MAZ) saytına istinadla xəbər verir ki, bütün texnika keyfiyyətli zəmanət və ölkənin regionlarında servis xidməti ilə təchiz olunub.

Məlumatda bildirilir ki, Minsk Avtomobil Zavodunun baş direktoru Dmitri Kateriniç və “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bu il fevralın əvvəlində istehsal, satış, servis mərkəzlərinin açılması və məhsulların üçüncü ölkə bazarlarına çıxarılması sahələrində əməkdaşlığın inkişafı haqqında memorandum imzalayıblar.

Dmitri Kateriniç və onun müavini Aleksandr Zaxarçenko Azərbaycanda olarkən burada istehsal olunan “MAZ” avtomobillərinin üçüncü ölkə bazarına çıxarılması və istehsalın səmərəliliyinin yüksəldilməsi barədə danışıqlar aparılıb.

Məlumatda xatırladılır ki, 2010-cu ilin mart ayında Gəncə, Minsk Avtomobil zavodları və Almaniyanın “Haller” şirkəti arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilə Gəncədə “MAZ” avtomobilinin yığıldığı bölmədə “Haller” şirkətinin kommunal texnikasının quraşdırılmasını nəzərdə tutur. Azərbaycanda Minsk Avtomobil zavodunun istehsalı olan hər növ yük avtomobillərinin yığılması və satışı üzrə müqavilə isə 2006-cı ildə bağlanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.