banner
banner

Sosİal

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Report"a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb: "Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.