banner
banner

Gündəm

Prezident iki universitetin özünüidarə statusunu ləğv etdi- SƏRƏNCAM

Prezident iki universitetin özünüidarə statusunu ləğv etdi- SƏRƏNCAM

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edib.

Dövlət başçısı “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” 2002-ci il 12 iyun tarixli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Prezindentin digər bir fərmanı ilə isə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilib. Sənəddə bildirilir ki, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8 (III kitab), maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842; 2016, № 11, maddə 1814) 6-cı hissəsindən “Bakı Dövlət Universiteti,” sözləri çıxarılsın.

Qeyd edək ki, sözügedən sənədin 6-cı hissəsində bildirilirdi ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Kənd Təsərrüfatı Akademiyası özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir və onların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.