“Rövşən Lənkəranski”nin qardaşı “Lotu Quli”yə görə 5 milyon dollar verirmiş...
İstanbulun xüsusi təyinatlı polisinin noyabrın 2-də Bakırköydəki “Ömür” Ticarət Mərkəzində keçirdiyi əməliyyatın yeni təfərrüatları ortaya çıxıb.
Virtualaz.org xəbər verir ki, polis qaynaqlarının Türkiyənin “Hürriyet” qəzetinə sızdırdığı məlumata görə “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev Bakıdan apardığı daha üç nəfərlə birlikdə “Şirinlər qruplaşması”nın lideri, “Max” ləqəbli Mehmet Sabri Şirinlə “Lotu Quli”nin öldürülməsi planını müzakirə edirmiş. Bildirilir ki, Namiq Canıyev “Lotu Quli”nin öldürülməsi üçün “Max”a rekord məbləğ-5 milyon dollar təklif edib. Tərəflər sövdələşmənin detallarını müzakirə etmək üçün ticarət mərkəzindəki restoranda görüşüblər.
Xatırladaq ki, əməliyyatda Mehmet Sabri Şirin də daxil olmaqla cəmi 13 nəfər, o cümlədən Namiq Canıyev, “Lənkəranski”nin qruplaşmasının killeri “Hacı Beyləqanski” və digərləri tutulub.
İstanbul polisindəki qaynaqlar bildiriblər ki, saxlanılanlardan 9 müxtəlif tipli tapança və onlara aid patronlar tutulub.
Bu arada virtualaz.org-a İstanbuldakı qaynaqlardan məlum olub ki, Namiq Canıyevin Bakıdan “nüfuzlu şəxslərin müdaxiləsi” ilə sərbəst buraxıldığı, guya Azərbaycana qayıtdığı haqda yayılan xəbərlər doğru deyil. İstanbul məhkəməsi onun barəsində 4 ayqlı həbs qətimkan tədbiri seçib və Namiq Canıyev hazırda həbsdədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.