banner
banner

Sosİal

Ən yüksək nəticələrə malik ali məktəblərimiz

Ən yüksək nəticələrə malik ali məktəblərimiz

Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. “Report” xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 12-ci sayında yer alıb.
Məlumata əsasən, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin siyahısında Bakı Ali Neft Məktəbi qəbulda 668,017 orta balla birinci yerdədir. Belə ki, I qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin 24,69 %-i Bakı Ali Neft Məktəbinə daxil olub.
Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, “Neft qaz mühəndisliyi” ixtisası üzrə qəbulda isə minimal bal 660 olub.
Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi üzrə dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81,39) yüksək olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.