“Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”. Cia.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah - noyabrın 11-də gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: “Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-də və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlər ilə müqayisədə 2-3 dərəcə yüksələcək”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.