banner
banner

Gündəm

“Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir” - Erməni politoloq

“Aprel müharibəsinə görə erməni generalları həbs edilməlidir”

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin direktoru Ara Papyan “Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında” qanun layihəsini tənqid edib. Həmin sənədə əsasən, Ermənistanda dövlət sifarişi üzrə ali təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququ ləğv edilir.

Cia.az Virtualaz.org-a istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, Ermənistan parlamentində birinci oxunuşda qəbul edilmiş qanun layihəsi emiqrasiyanı gücləndirəcək.

“İnsanlar artıq indidən 18 yaşına çatmamış övladlarını ölkədən çıxarırlar ki, hərbi xidmətdən yayınsınlar, - Papyan müsahibəsində deyib. – Bu qanunla emiqrasiya güclənəcək”.

O əlavə edib ki, qanun layihəsi yaxşı motivlərlə köklənsə də, ədaləti təmin etməyəcək, yenə dolayı yollar tapanlar olacaq. “Elə təklif qəbul edilməlidir ki, məsələn, hərbi xidmətdə olmayanlar müəyyən vəzifələri tuta bilməsinlər”, - ekspert deyib.

Papyanın sözlərinə görə, Azərbaycanın Ermənistandan üstünlüyü ondadır ki, insan ehtiyatlarına deyil, texnologiyalara istinad edir.

 

Onun fikrincə, orduda ədalət vacibdir. “Misal üçün, hazırda həbsxanalar aprel müharibəsini uduzmuş general və zabitlərlə dolu olmalı idi”.

 

Xatırladaq ki, qanun layihəsi ölkədə böyük rezonans doğurub və tələbələr etiraz aksiyaları keçiriblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.