Bu gün - noyabrın 17-də saat 17:28 radələrində Tərtərdə növbəti dəfə zəlzələ qeydə alınıb. Bu barədə Cia.az-a Tərtərin İsmayılbəyli kənd sakinləri məlumat veriblər.
Sakinlərin bildirdiyinə görə, əhali arasında təşviş yaranıb, bəzi sakinlər evlərini tərk ediblər. Məlumata görə, noyabrın 16-da baş vermiş zəlzələ zamanı zərər görmüş evlər daha pis vəziyyətə düşüb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ əsasən Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin 3-4 bal gücündə olduğu bildirilib. "Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub",- deyə Mərkəzdən bildirilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.