banner
banner

Sosİal

Azərbaycanda daha çox kimlər alim olur? - STATİSTİKA

Azərbaycanda daha çox kimlər alim olur?

Azərbaycanda alimlik dərəcəsi alan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.

Trend-in məlumatına görə, ölkədə elmlə ardıcıl şəkildə məşğul olmağa kişilər qadınlardan daha çox maraq göstərirlər. Belə ki, ölkədə həm fəlsəfə doktoru, həm də elmlər doktoru dərəcəsi alanların arasında kişilər çoxluq təşkil edir. Bu fərq elmlər doktoru dərəcəsi üzrə daha çox nəzərə çarpır.

Məlumatlardan aydın olur ki, qadınların çoxu fəlsəfə doktoru olduqdan sonra elmlər doktoru olmaq üçün çalışmır.

2014-cü ildə 5678 kişi, 3901 qadın, 2015-ci ildə 6375 kişi, 5314 qadın, 2016-cı ildə 6426 kişi, 5448 qadın, 2017-ci ildə 6359 kişi, 5179 qadın fəlsəfə doktoru dərəcəsi alıb.

Elmlər doktoru dərəcəsinə gəldikdə, 2014-cü ildə 1920 kişi, 331 qadın, 2015-ci ildə 2072 kişi, 438 qadın, 2016-cı ildə 2079 kişi, 416 qadın, 2017-ci ildə 2067, 453 qadın elmlər doktoru dərəcəsi alıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.